Bakı. 27 may. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin İraqın Şimalında keçirdiyi hava əməliyyatı nəticəsində 80 terrorçu məhv edilib.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, öldürülən silahlılar arasında terrorçu PKK qruplaşmasının aparıcı nümayəndələri də var.
Qeyd edək ki, bu gün sosial şəbəkədə terrorçu PKK-nın lideri sayılan Murad Karayılanın da Türkiyə xüsusi təyinatlıları tərəfindən zərərsizləşdirildiyi haqda xərəblər yayılmışdı. Ancaq Türkiyənin hərbi mənbələri bu məlumatı təsdiq etməyib.