​Türkiyə hərbçiləri 2 gündə 41 terrorçunu zərərsizləşdirib

​Türkiyə hərbçiləri 2 gündə 41 terrorçunu zərərsizləşdirib Kandildə terrorçuların mövqeləri bombalanıb
Region
22 Avqust , 2015 16:41
​Türkiyə hərbçiləri 2 gündə 41 terrorçunu zərərsizləşdirib

Bakı. 22 avqust. REPORT.AZ/ İraqın şimalında PKK terrorçularının yerləşdiyi Kandil və Türkiyənin Şırnak əyalətinin Uludərə rayonunda terrorçulara qarşı aparılan quru və hava əməliyyatları nəticəsində 41 terrorçu zərərsizləşdirilib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda bildirilib ki, avqustun 20-21-də İraqın şimalında keçirilən əməliyyat nəticəsində 29 terrorçu, avqustun 21-də Uludərədə isə 12 terrorçu zərərsizləşdirilib. 

Son xəbərlər

Orphus sistemi