"Türkiyə Hava Yolları"na məxsus sərnişin təyyarəsi Dubay aeroportuna məcburi eniş edib

"Türkiyə Hava Yolları"na məxsus sərnişin təyyarəsi Dubay aeroportuna məcburi eniş edib Buna səbəb kimi Əbu Dabi hava limanında intensiv qum fırtınası göstərilib
Region
29 Avqust , 2015 16:16
Türkiyə Hava Yollarına məxsus sərnişin təyyarəsi Dubay aeroportuna məcburi eniş edib

Bakı. 29 avqust. REPORT.AZ/ "Türkiyə Hava Yolları" (THY) şirkətinə məxsus İstanbul - Əbu Dabi aviareysini həyata keçirən sərnişin təyyarəsi Dubaya məcburi eniş edib. "Report"un "Anadolu"ya istinadən xəbər verir ki, buna səbəb qum fırtınası olub.

Belə ki, ötən gün "Airbus A330" model sərnişin təyyarəsi bakı vaxtı ilə saat 22:20-də İstanbuldan Əbu Dabiyə hərəkət emək üçün havaya qalxıb. Ancaq saat 03:45-də Əbu Dabi hava limanına enməsi gözlənən təyyarə intensiv qum fırtınası səbəbindən Dubaya istiqamətləndirilib. Təyyarədə ikisi uşaq olmaqla, 130 sərnişin də Dubaydakı otellərə yerləşdirilib. Onların bu gün avtomobil yolu Əbu Dabiyə yola salınacağı, təyyarənin ekipaj üzvləri ilə birlikdə günortadan sonra Türkiyəyə qayıdacağı bildirilib.

Son xəbərlər

Orphus sistemi