Türkiyə hakimiyyəti "İstanbul" kanalının inşası planını bəyəndi

Türkiyə hakimiyyəti "İstanbul" kanalının inşası planını bəyəndi Türkiyənin Ətraf mühit və Şəhərsalma naziri Murat Kurum Qara və Mərmər dənizlərini birləşdirəcək yeni "İstanbul" kanalının inşası planının təsdiq olunduğunu bildirib
Region
177
27 Mart , 2021 22:54
Türkiyə hakimiyyəti İstanbul kanalının inşası planını bəyəndi

Türkiyənin Ətraf mühit və Şəhərsalma naziri Murat Kurum Qara və Mərmər dənizlərini birləşdirəcək yeni "İstanbul" su kanalının inşası planının təsdiq olunduğunu bildirib.

Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

"Biz bütün sorğuların və etirazların öyrənilməsindən sonra "İstanbul" kanalının inşası planını bəyəndik. Bu çərçivədə addımlara tez təşəbbüs edəcəyik ki, kanal şəhərimizin xeyrinə xidmət etsin", - o, tvitterdəki səhifəsində yazıb.

Türkiyə 51 kilometr uzunluğa malik kanalın inşasına hələ 2018-ci ildə başlamağı planlaşdırırdı. Layihənin təxmini qiyməti - 10 milyard ABŞ dollarıdır. Tamamlanma işlərinin 2023-cü ildə - Türkiyə Respublikasının 100 illik yubileyində başa çatdırılması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi