Türkiyə Gürcüstana Marneuli aerodromu üçün xüsusi texnika verib

Türkiyə Gürcüstana Marneuli aerodromu üçün xüsusi texnika verib Türkiyə Gürcüstanın Müdafiə Qüvvələrinə xüsusi texnika təqdim edib.
Region
166
29 Yanvar , 2022 11:10
Türkiyə Gürcüstana Marneuli aerodromu üçün xüsusi texnika verib

Türkiyə Gürcüstanın Müdafiə Qüvvələrinə xüsusi texnika təqdim edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.

11 ədəd təchizat maşını, iki ədəd mikroavtobus, iki ədəd traktor və digər müxtəlif texniki vasitələrdən Marneuli aerodromunun maddi-texniki imkanlarının yaxşılaşdırılması üçün istifadə olunacaq.

Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze xüsusi texnikaya baxış keçirib və onların imkanları ilə tanış olub. O, logistik avadanlıqların təqdim olunmasına görə Türkiyə səfiri Fatma Ceren Yazqana təşəkkür edib.

Xüsusi texnika Türkiyə və Gürcüstan hökumətləri arasında hərbi maliyyə əməkdaşlığına dair imzalanmış saziş çərçivəsində təhvil verilib.

Son xəbərlər

Orphus sistemi