Türkiyə-Gürcüstan diplomatik əlaqələrinin bərpasından 30 il ötür

Türkiyə-Gürcüstan diplomatik əlaqələrinin bərpasından 30 il ötür Bu gün Türkiyə və Gürcüstan arasında diplomatik əlaqələrin bərpasının 30-cu ildönümü tamam olur.
Region
21 may 2022 10:16
Türkiyə-Gürcüstan diplomatik əlaqələrinin bərpasından 30 il ötür

Bu gün Türkiyə və Gürcüstan arasında diplomatik əlaqələrin bərpasının 30-cu ildönümü tamam olur.

“Report”un Gürcüstan bürosu xatırladır ki, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci ilin mayın 21-də yenidən qurulub.

Gürcüstanın Xarici İşlər Nazirliyinin əlamətdar tarix münasibətilə tviter hesabında etdiyi paylaşımda bildirilib: “1992-ci ildə sadiq dostumuz və strateji tərəfdaşımız olan Türkiyə ilə diplomatik əlaqələri bərpa etdik. Biz ölkələrimz arasında əlaqələri alqışlayırıq və bütün sahələrdə yeni perspektrivlərə ümid edirik”.

Qeyd edək ki, Ankara və Tbilisi arasında ilk diplomatik əlaqələrin əsası 1920-ci ildə qoyulub. Otuz il öncə məhz bu gün iki ölkə diplomatik münasibətlərin qurulmasına dair protokol imzalayıb.

Son xəbərlər

Orphus sistemi