Türkiyə ermənisi: "Bizim burada çətin şəraitdə yaşadığımız barədə iddialar reallığı əks etdirmir"

Türkiyə ermənisi: "Bizim burada çətin şəraitdə yaşadığımız barədə iddialar reallığı əks etdirmir" "Türkiyə ermənilərinin çətin şəraitdə yaşaması barədə iddialar reallığı əks etdirmir".
Region
8 avqust 2023 10:01
Türkiyə ermənisi: Bizim burada çətin şəraitdə yaşadığımız barədə iddialar reallığı əks etdirmir

"Türkiyə ermənilərinin çətin şəraitdə yaşaması barədə iddialar reallığı əks etdirmir".

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin ilk erməni telekanalı olan Luys TV-nin də daxil olduğu “Luys Media”nın baş direktoru Harutyun Kuran müsahibəsində deyib.

Onun sözlərinə görə, Türkiyədə yaşayan ermənilərlə bağlı çoxsaylı dezinformasiyalar mövcuddur: "Burada çox çətin şəraitdə yaşadığımızı düşünən ermənilər var. Ancaq bu, reallığı əks etdirmir. Cəmiyyətdəki azlıqlarla bağlı dezinformasiyalar aradan qaldırılmalıdır. Azlıqlar cəmiyyətə özlərini ən doğru şəkildə izah etməli, öz qabıqlarına çəkilməməlidirlər.

H.Kuran bildirib ki, ermənilər 2000-ci ildən sonra heç bir ayrı-seçkiliyə məruz qalmayıb: “Erməni Markar Esayan hətta Türkiyə Böyük Millət Məclisinə deputat kimi daxil oldu, əgər ayrı-seçkilik edilsə, bu baş verməzdi. Prezident Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda erməni dizayner Sevan Bıçakçıya mükafat təqdim edib. Mən özüm də ömrümün heç bir mərhələsində ayrı-seçkiliyə məruz qalmamışam. Heç əsgərlikdə olarkən də adım fərqli olduğu üçün kimsə məni digərlərindən seçmədi”.

Ailəsinin 4 nəsildir İstanbulda yaşadığını və mətbəə sahəsində çalışdıqlarını ifadə edən “Luys Media”nın baş direktoru Türkiyədəki erməni icması olaraq özlərini bu ölkənin bir parçası kimi gördüklərini vurğulayıb: “Biz də Türkiyənin vətəndaşların üzərinə qoyduğu bütün öhdəlikləri yerinə yetiririk və bundan heç vaxt boyun qaçırmırıq. Hətta mənim babam Qurtuluş savaşında iştirak etmiş veterandır”.

Son xəbərlər

Orphus sistemi