​Türkiyə Dini İşlər İdarəsinin işdən çıxarılan əməkdaşlarının sayı 3 mini keçib

​Türkiyə Dini İşlər İdarəsinin işdən çıxarılan əməkdaşlarının sayı 3 mini keçib Bu gün daha 2 560 əməkdaş vəzifəsindən kənarlaşdırılıb
Region
9 Avqust , 2016 16:59
​Türkiyə Dini İşlər İdarəsinin işdən çıxarılan əməkdaşlarının sayı 3 mini keçib

Bakı. 9 avqust. REPORT.AZ/ Bu günə qədər Türkiyə Nazirlər Kabineti yanında Dini İşlər İdarəsinin 3 672 əməkdaşı FETÖ cinayəti ilə bağlı tutduğu vəzifədən azad edilib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, avqustun 9-da sözügedən cinayət işi ilə əlaqədar idarənin ölkə daxili və xaricində fəaliyyət göstərən daha 2 560 əməkdaşı işdə çıxarılıb.

Qeyd edək ki, iyulun 15-də Türkiyədə dövlət çevirilişinə cəhddən sonra qurumun 1 112 əməkdaşı tutduğu vəzifədən azad edilib. 

Son xəbərlər

Orphus sistemi