Türkiyə DİN: "Zəlzələ barədə təxribat xarakterli paylaşımlar edən 31 nəfər saxlanılıb"

Türkiyə DİN: "Zəlzələ barədə təxribat xarakterli paylaşımlar edən 31 nəfər saxlanılıb" Sosial media platformalarında zəlzələ ilə bağlı təxribat xarakterli paylaşımlar edən 274 sosial media istifadəçisi aşkarlanıb.
Region
9 Fevral , 2023 12:54
Türkiyə DİN: Zəlzələ barədə təxribat xarakterli paylaşımlar edən 31 nəfər saxlanılıb

Türkiyədə sosial media platformalarında zəlzələ ilə bağlı təxribat xarakterli paylaşımlar edən 274 nəfər aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, onlardan 31 nəfər saxlanılıb, 9-u barədə həbs qərarı çıxarılıb. Məlumata görə, vətəndaşların xeyirxahlığından sui-istifadə etmək istəyən saytlar bağlanıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Son məlumata görə, hadisə nəticəsində Türkiyədə 12 873 nəfər ölüb, 62 937 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi