“İrandan hücum təlimatı alan 5 terrorçu Türkiyənin Van bölgəsində partlayıcılarla birlikdə tutulub”.
“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu illik mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 5 nəfərlik terror bir hücrə təsbit edilib: “Van əyaləti Polis İdarəsi bu hücumun qarşısını aldı”.