​Türkiyə DİN başçısı: "İndiyədək İŞİD-lə əlaqədə olan 5310 nəfər tutulub"

​Türkiyə DİN başçısı: "İndiyədək İŞİD-lə əlaqədə olan 5310 nəfər tutulub" Təkcə 2016-cı ildə 1654 nəfər saxlanılıb
Region
30 İyun , 2016 16:30
​Türkiyə DİN başçısı: İndiyədək İŞİD-lə əlaqədə olan 5310 nəfər tutulub

Bakı. 30 iyun. REPORT.AZ/ "İstanbulda Atatürk Hava Limanında törədilən terror aktı nəticəsində ölənlərin 19-u xarici ölkə vətəndaşıdır".

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Efkan Ala ölkə parlamentində İstanbulda törədilən terror hücumu başda olmaqla bu tip hadislərlə bağlı çıxışında deyib.

Onun sözlərinə görə, iyunun 28-də Atatürk Hava Limanında törədilən terror nəticəsində ölənlərin sayı 43-ə çatıb: "Bu saya ölən terrorçular daxil deyil. Ölənlərin 19-u xarici ölkə vətəndaşıdır. İstanbuldakı terror hadisəsinin törədilməsində iştirak etməkdə şübhəli bilinən 9-u Türkiyə, 4-ü xarici ölkə vətəndaşı olmaqla 13 nəfər saxlanılıb".

Nazirin sözlərinə görə, indiyədək terrorçu İŞİD qruplaşması ilə əlaqədə olan 5 310 nəfər tutulub, onlardan 654 həbs edilib: "Təkcə 2016-cı ildə 1654 nəfər tutulub. Onların 791-i xarici ölkə vətəndaşıdır".

Son xəbərlər

Orphus sistemi