Türkiyə daha 42 vətəndaşını Əfqanıstandan təxliyə edib

Türkiyə daha 42 vətəndaşını Əfqanıstandan təxliyə edib Əfqanıstanda qalmış 42 Türkiyə vətəndaşı evakuasiya olunub.
Region
17 Avqust , 2021 17:12
Türkiyə daha 42 vətəndaşını Əfqanıstandan təxliyə edib

Əfqanıstanda qalmış 42 Türkiyə vətəndaşı evakuasiya olunub.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, “Taliban” qruplaşmasının Əfqanıstanın paytaxtı Kabil şəhərinə daxil olmasından sonra Türkiyə XİN vətəndaşların təxliyəsi üçün əməliyyat başladıb.

Bildirilib ki, hazırda 42 Türkiyə vətəndaşı təyyarə ilə Əfqanıstandan Türkiyəyə gətirilir.

Qeyd edək ki, dünən Əfqanıstanı tərk etmək istəyən 324 Türkiyə vətəndaşını daşıyan “Türk Hava Yolları”na məxsus təyyarə İstanbul aeroportuna eniş etmişdi.

Son xəbərlər

Orphus sistemi