Türkiyə Berlində məscidin yandırılması ilə əlaqədar Almaniyaya nota verib

Türkiyə Berlində məscidin yandırılması ilə əlaqədar Almaniyaya nota verib Hadisə martın 11-nə keçən gecə Berlinin şimalında yerləşən Raynikkendorf rayonunda baş verib
Region
12 Mart , 2018 23:12
Türkiyə Berlində məscidin yandırılması ilə əlaqədar Almaniyaya nota verib

Bakı. 12 mart. REPORT.AZ/ Türkiyə hökuməti Berlində məscid binası və Türkiyə mədəniyyət mərkəzinin yandırılması ilə əlaqədar Almaniyaya etiraz notası göndərib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Türkiyə baş nazirinin müavini Bəkir Bozdağa istinadən yerli "Daily Sabah" nəşri yazıb.

"Biz Almaniya hökumətini Türkiyə vətəndaşlarının təhlükəsizliyinə diqqətlə yanaşmağa çağırırıq", - deyə siyasətçi bildirib. O, cinayətkarların məsuliyyətə olunmasını tələb edib.

Hadisə martın 11-nə keçən gecə Berlinin şimalında yerləşən Raynikkendorf rayonunda baş verib.

Orphus sistemi