Türkiyə Belarusa sanksiyalarla bağlı kömək etməyə hazırdır

Türkiyə Belarusa sanksiyalarla bağlı kömək etməyə hazırdır Türkiyə Belarusdan kalium gübrələrinin tədarükünə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına yardım edəcəyinə söz verib.
Region
13 noyabr 2023 02:14
Türkiyə Belarusa sanksiyalarla bağlı kömək etməyə hazırdır

Türkiyə Belarusdan kalium gübrələrinin tədarükünə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına yardım edəcəyinə söz verib.

“Report” xəbər verir ki, bunu Belarusun xarici işlər naziri Sergey Aleynik “ONT” telekanalında deyib.

“Türkiyə kalium gübrələrinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasında bizə kömək etməyə hazır olduğunu tam təsdiqləyib”, - deyə o qeyd edib.

Nazirin sözlərinə görə, bu kənd təsərrüfatı məhsulları ərzaq və təhlükəsizlik üçün zəruri hesab olunur. S. Aleynik qeyd edib ki, bu, xüsusilə qlobal Cənub ölkələri üçün vacibdir.

Son xəbərlər

Orphus sistemi