Türkiyə Baş Qərargah rəisinin müşaviri tutulub

Türkiyə Baş Qərargah rəisinin müşaviri tutulub O, iyulun 28-dən vəzifəsinin icrasına başlayıb
Region
20 Avqust , 2016 10:44
Türkiyə Baş Qərargah rəisinin müşaviri tutulub

Bakı. 20 avqust. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin ədliyyə məsələləri üzrə müşaviri general-mayor Dinçer Ural həbs edilib.

"Report" "Hurriyet" qəzetinə istinadən xəbər verir ki, o, Fətullahçı terror təşkilatına (FETÖ) üzv olmaqda şübhəli bilinir.

İyulun 15-də FETÖ-nün dövlət çevirlişinə cəhdindən sonra Dinçer Ural Baş Qərargah rəisinin ədliyyə məsələləri üzrə müşaviri polkovnik Muharrem Köşenin yerinə təyin olunmuşdu.

D.Urala general-mayor rütbəsi verildikdən sonra iyulun 28-dən vəzifəsinin icrasına başlayıb.

Muharrem Köşe isə iyulun 15-dən sonra FETÖ ilə əlaqədə şübhəli bilinərək tutulub.

Son xəbərlər

Orphus sistemi