Türkiyə Baş Qərargah rəisi əvəzi: "104 nəfər qiyamçı hərbçi öldürülüb"

Türkiyə Baş Qərargah rəisi əvəzi: "104 nəfər qiyamçı hərbçi öldürülüb" Türkiyədə öldürülənlərin sayı 194 nəfərə çatıb
Region
121
16 İyul , 2016 12:10
Türkiyə Baş Qərargah rəisi əvəzi: 104 nəfər qiyamçı hərbçi öldürülüb

Bakı. 16 iyul. REPORT.AZ/ "İyulun 15-də axşam saatlarında başlayan hadisələr zamanı 104 nəfər qiyamçı hərbçi öldürülüb".

"Report" xəbəer verir ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi əvəzi I Ordu komandanı Ümit Dündar deyib. 

O bildirib ki, 1563 əsgər tutulub.

Onun sözlərinə görə, bundan başqa hadisələr zamanı 90 nəfər ölüb, onlardan 41-i polis, 2-si əsgər, 47-si isə mülki vətəndaşdır: "Son məlumatlara görə, hadisələr zamanı 1154 nəfər yaralanıb".

Bununla da Türkiyədə öldürülənlərin sayı 194 nəfərə çatıb. 

Son xəbərlər

Orphus sistemi