Türkiyə Avstriyadakı səfirini geri çağırır

Türkiyə Avstriyadakı səfirini geri çağırır Ankara Vyana ilə münasibətlərə yenidən baxacaq
Region
22 Avqust , 2016 22:22
Türkiyə Avstriyadakı səfirini geri çağırır

Bakı. 22 avqust. REPORT.AZ/ Türkiyə Avstriyadakı səfirini məsləhətləşmək üçün Ankaraya çağırır.

"Report" "Star" qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu xəbər verib.

"Son hadisələrlə bağlı, habelə Avstriya ilə münasibətlərə yenidən baxmaq üçün Vyanadakı səfirimizi Ankaraya çağırdıq" – deyə xarici işlər naziri bildirib.

Qeyd edək ki, Avstriyanın paytaxtı Vyanada terrorrçu PKK-ya dəstək aksiyası keçirilib. Aksiya zamanı kürdlərlə türklər arasında toqquşma baş verib. 

Son xəbərlər

Orphus sistemi