Türkiyə aviasiyası İraqda terrorçuları məhv edib

Türkiyə aviasiyası İraqda terrorçuları məhv edib Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalındakı Qara ərazisində PKK terrorçularının mövqelərinə hava zərbələri endirib.
Region
130
18 Sentyabr , 2021 05:55
Türkiyə aviasiyası İraqda terrorçuları məhv edib

Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalındakı Qara ərazisində PKK terrorçularının mövqelərinə hava zərbələri endirib.

“Report”un məlumatına görə, bu barədə nazirlik məlumat yayıb.

Məlumata görə, hava zərbələri nəticəsində təşkilatın 6 terrorçusu məhv edilib.

"Türkiyə ordusu son döyüşçünün məhv edilməsinə qədər PKK terrorçularına qarşı mübarizəni davam etdirəcək", - xəbərdə vurğulanır.

Qeyd edək ki, 1984-cü ildə yaradılan PKK təşkilatının terrorçuları Türkiyənin təhlükəsizlik qüvvələrinin 7 500 əməkdaşını və 6 800 dinc sakini qətlə yetiriblər.

ABŞ və Avropa İttifaqı PKK-ı terror təşkilatları siyahısına daxil edib.

Son xəbərlər

Orphus sistemi