Türkiyə Almaniyanı terrorçulara sığınacaq verməkdə ittiham edib

Türkiyə Almaniyanı terrorçulara sığınacaq verməkdə ittiham edib Çavuşoğlu bildirib ki, Almaniya ikili standartlar siyasəti aparır
Region
221
20 İyul , 2017 21:53
Türkiyə Almaniyanı terrorçulara sığınacaq verməkdə ittiham edib

Bakı. 20 iyul. REPORT.AZ/ Türkiyə Almaniyanı terrorçulara sığınacaq verməkdə ittiham edib.

"Report" TASS-a istinadən xəbər verir ki, müvafiq bəyanatla cümə axşamı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib.

"Türkiyə nə zaman terrorçuların verilməsi üçün sorğu göndərir, Almaniya öz məhkəmə sisteminin müstəqil olduğunu bildirir. Almaniya tərəfinin hələ yalnız terrorçuluqda iştirakı nəzərdən keçirilən Almaniya vətəndaşının dərhal təhvil verilməsi tələbi isə bizim məhkəmə sisteminə qarşı hörmətsizlikdir", - deyə xarici siyasət idarəsinin rəhbəri öz "Twitter" səhifəsində yazıb.

"Kürd Fəhlə Partiyası və FETÖ terrorçularını özündə gizlədən Almaniyanın bəyanatı yolverilməzdir və özündə ikili standartlar siyasətini əks etdirir", - deyə Çavuşoğlu bildirib.

Son xəbərlər

Orphus sistemi