Bakı. 28 may. REPORT.AZ/ Türkiyə Amerika istehsalı olan "F-35" qırıcıları əvəzinə Rusiyanın "Su-57" təyyarələrini ala bilər.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadən "Yeni Safak" qəzeti məlumat yayıb.
Ankara Birləşmiş Ştatlar Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksləri alması səbəbindən "F-35"lərin tədarükünü əngəlləyəcəyi təqdirdə bu addımı ata bilər.
"Ankara iyunda əldə etməli olduğu təyyarəni almaq hüququndan imtina etmək niyyətində deyil", - deyə mənbə bildirib.