Türkiyə-ABŞ danışıqlarının tarixi açıqlanıb

Türkiyə-ABŞ danışıqlarının tarixi açıqlanıb Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Ümit Yalçın martın 30-da ABŞ-a səfər edəcək
Region
28 Mart , 2018 13:32
Türkiyə-ABŞ danışıqlarının tarixi açıqlanıb

Bakı. 28 mart. REPORT.AZ/ Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Ümit Yalçın Suriyanın hazırda terrorçuların nəzarəti altında olan Membic əyaləti ilə bağlı məsələsini müzakirə etmək üçün martın 30-da ABŞ-a səfər edəcək.

“Report” “Ahaber”ə istinadən xəbər verir ki, o, ABŞ dövlət katibinin müavini ilə görüşəcək.

Qeyd edək ki, martın 19-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ABŞ-a səfəri nəzərdə tutulmuşdu. Ancaq dövlət katibi Reks Tillersonun istefaya göndərilməsi bu səfərin təxirə salınmasına səbəb olmuşdu.

Xatırladaq ki, Membicə hazırda ABŞ hərbçiləri və terrorçu PKK/YPG-PYD nəzarət edir. Rəsmi Ankara isə həmin əraziyə girəcəyini bildirir, Vaşinqtondan isə terrorçuların Membicdən çıxarılmasını tələb edir.

Son xəbərlər

Orphus sistemi