Türkiyə-ABŞ danışıqlarının tarixi açıqlanıb, Mövlud Çavuşoğlu Vaşinqtona gedir

Türkiyə-ABŞ danışıqlarının tarixi açıqlanıb, Mövlud Çavuşoğlu Vaşinqtona gedir Bakı. 16 may. REPORT.AZ/ Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Mayk Pompeo bu il iyunun 4-də Vaşinqtonda görüşəcək.
Region
16 May , 2018 12:52
Türkiyə-ABŞ danışıqlarının tarixi açıqlanıb, Mövlud Çavuşoğlu Vaşinqtona gedir
0 : 00
0 : 00

Bakı. 16 may. REPORT.AZ/ Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Mayk Pompeo bu il iyunun 4-də Vaşinqtonda görüşəcək.

“Report” xəbər verir ki, bu məlumatı "Haberler" saytı yayıb.

İki ölkənin xarici siyasət idarələrinin rəhbərləri Suriya və Orta Şərqdəki vəziyyəti, ikitərəfli əlaqələri, terrorçu PKK və FETÖ qruplaşmalarına qarşı mübarizə məsələlərini müzakirə edəcəklər.

Qeyd edək ki, Mövlud Çavuşoğlu ilə ABŞ-ın keçmiş dövlət katibi Reks Tillerson arasında bu ilin martın 19-da Vaşinqtonda görüşün keçirilməsi nəzərdə tutulmuşdu. Ancaq dövlət katibi istefa verdiyindən bu görüş təxirə salınmışdı.

Son xəbərlər

Orphus sistemi