“Turkish Airlines” aviaşirkəti Çinə uçuşları dayandırıb

“Turkish Airlines” aviaşirkəti Çinə uçuşları dayandırıb Türkiyənin “Turkish Airlines” aviaşirkəti koronavirusun yayılması təhlükəsi ilə əlaqədar Çinə uçuşları dayandırıb.
Region
31 Yanvar , 2020 03:35
“Turkish Airlines” aviaşirkəti Çinə uçuşları dayandırıb

Türkiyənin “Turkish Airlines” aviaşirkəti koronavirusun yayılması təhlükəsi ilə əlaqədar Çinə uçuşları dayandırıb.

“Report” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 

Aviaşirkətin nümayəndəsi Yəhya Üstün bildirib ki, “Turkish Airlines”in Milli və Beynəlxalq strukturları koronavirusla bağlı vəziyyətin qiymətləndirilməsi üçün fevralın 9-a qədər Pekinə, Quancjouya, Şanxaya və Siana reysləri dayandırır.

Üstün əlavə edib ki, aviaşirkət rəhbərliyi xəstəliyin yayılması ilə bağlı vəziyyəti izləməyə davam edəcək.

Xatırladaq ki, 2019-cu ilin dekabrının sonlarında Çin hakimiyyəti Uhan şəhərində naməlum mənşəli pnevmaniyanın yayılması haqqında bildirib. Ekspertlər təyin ediblər ki, xəstəliyə 2019-nCoV koronavirusu səbəb olub. 

Son xəbərlər

Orphus sistemi