Bakı. 30 aprel. REPORT.AZ/ Qırğızıstanın paytaxtı Bişkekdə Türk dilli dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) Hüquq və beynəlxalq əlaqələr üzrə Komissiyasının dördüncü iclası keçirilib. "Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata görə, ölkə parlamentinin binasında keçirilən toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin üzvləri iştirak edib.
İclasda TÜRK PA-ya üzv dövlətlərdə seçkilər və seçki sistemləri müzakirə olunub.
Komissiyanın növbəti toplantısı Türkiyədə keçiriləcək.
Xatırladaq ki, TÜRK PA-da Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan təmsil olunur.