Türk Hava Yolları zəlzələ bölgəsindəki uçuşlarla bağlı açıqlama yayıb

Türk Hava Yolları zəlzələ bölgəsindəki uçuşlarla bağlı açıqlama yayıb Türk Hava Yolları (THY) zəlzələ bölgəsinə çatmaq istəyən vətəndaşlar üçün Adana, Elazığ və Diyarbəkirə uçuş əməliyyatlarının fasiləsiz davam etdiyini açıqlayıb.
Region
7 Fevral , 2023 02:32
Türk Hava Yolları zəlzələ bölgəsindəki uçuşlarla bağlı açıqlama yayıb

Türk Hava Yolları (THY) zəlzələ bölgəsinə çatmaq istəyən vətəndaşlar üçün Adana, Elazığ və Diyarbəkirə uçuş əməliyyatlarının fasiləsiz davam etdiyini açıqlayıb.

"Report" xəbər verir ki, THY-nin mətbuat müşaviri Yahya Üstün sosial media hesabında Hatay aeroportunun bütün uçuşlara bağlı olduğunu, Kahramanmaraş, Qaziantep, Malatya və Adıyaman hava limanlarının yalnız humanitar yardım və axtarış-xilasetmə qruplarının bölgələrə çatması üçün istifadə edildiyini bildirib.

"Vətəndaşlarımızın bölgəyə çatması üçün Adana, Elazığ və Diyarbəkir hava limanlarında fəaliyyətimizi fasiləsiz davam etdiririk", - Üstün deyib.

Son xəbərlər

Orphus sistemi