Tümendə quşçuluq fabrikində yanğın olub: 6 nəfər ölüb, 3 nəfər zəhərlənib

Tümendə quşçuluq fabrikində yanğın olub: 6 nəfər ölüb, 3 nəfər zəhərlənib Yanğının başvermə səbəbi araşdırılır
Region
19 Noyabr , 2016 09:26
Tümendə quşçuluq fabrikində yanğın olub: 6 nəfər ölüb, 3 nəfər zəhərlənib

Bakı. 19 noyabr. REPORT.AZ/ Rusiyanın Tümen vilayətinin Yurqin kəndində quşçuluq fabrikindəki tikinti meydançasında baş verən yanğın nəticəsində 6 nəfər ölüb, 3 nəfər zəhərlənib.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, hadisə Yurqin kəndindən 7 km aralı quşçuluq fabrikinin tikinti sahəsində məişət vaqonunda olub.

Yanğın 32 kvadratmetr sahəni əhatə edib.

Məlumatda bildirilib ki, yanğın məhsullarından zəhərlənən 3 nəfər xəstəxanaya yerləşdirilib.

Yanğının başvermə səbəbi araşdırılır. 

Son xəbərlər

Orphus sistemi