Bakı. 26 dekabr. REPORT.AZ/ "Tu-154" təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin cəsədlərini gətirən ilk hava gəmisi Moskvadakı Çkalovski aeroportuna çatıb.
Bu barədə "Report" Rusiya mətbuatına istinadən xəbər verir.
Təyyarənin qəzaya uğradığı bölgədə axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Xatırladaq ki, dünən səhər saatlarında Suriyaya istiqamət alan Rusiya Müdafiə Nazirliyinə məxsus "Tu-154" təyyarəsi Qara dənizin üzərindən uçarkən qəzaya uğrayıb. Nazirliyin məlumatına görə, təyyarənin göyərtəsində 92 nəfər - 8 ekipaj üzvü və 84 sərnişin olub. Sərnişinlər arasında 8 hərbçi, Aleksandrov adına hərbi ansamblın 64 artisti, Rusiya telekanallarının 9 əməkdaşı, "Ədalətli yardım" xeyriyyə fondunun rəhbəri Yelizaveta Qlinka və iki federal məmur olub.
Qəza ilə bağlı cinayət işi başlanılıb.