Tramp: ABŞ İranın nüvə silahı əldə etməməsi üçün lazımi tədbirlər görəcək

Tramp: ABŞ İranın nüvə silahı əldə etməməsi üçün lazımi tədbirlər görəcək Bundan əvvəl ABŞ İranın bir sıra təşkilatlarına qarşı sanksiyaları genişləndirib
Region
13 Oktyabr , 2017 21:29
Tramp: ABŞ İranın nüvə silahı əldə etməməsi üçün lazımi tədbirlər görəcək

Bakı. 13 oktyabr. REPORT.AZ/ Birləşmiş Ştatlar İranın nüvə silahı əldə etməsinə imkan verməmək üçün mümkün olan bütün tədbirləri görəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu cümə günü ABŞ prezidenti Donald Tramp bildirib.

"Biz İranın düşmənçilik hərəkətlərinə qarşı durmaq və İslam Respublikasının heç vaxt nüvə silahı əldə edə bilməyəcəyinə əmin olmaq üçün bir sıra mühüm addımlar atacağıq", - deyə Amerika lideri bildirib.

Bundan əvvəl ABŞ İranın bir sıra təşkilatlarına qarşı sanksiyaları genişləndirib.

Son xəbərlər

Orphus sistemi