"Tosuncuk" ləqəbli fırıldaqçı saxlanılaraq Türkiyəyə gətirilir

"Tosuncuk" ləqəbli fırıldaqçı saxlanılaraq Türkiyəyə gətirilir Türkiyənin Daxili İşlər Nazirliyi "Çiftlikbank" adı altında on minlərlə insanın külli miqdarda vəsaitini fırıldaqçılıq yolu ilə mənimsəyərək Uruqvaya, ardınca isə Braziliyaya qaçan "Tosuncuk" ləqəbli Mehmet Aydının ölkəyə gətiriləcəyi barədə məlumat yayıb
Region
547
3 İyul , 2021 13:57
Tosuncuk ləqəbli fırıldaqçı saxlanılaraq Türkiyəyə gətirilir
Tosuncuk" ləqəbli Mehmet Aydın

Türkiyənin Daxili İşlər Nazirliyi "Çiftlikbank" adı altında on minlərlə insanın külli miqdarda vəsaitini fırıldaqçılıq yolu ilə mənimsəyərək Uruqvaya, ardınca isə Braziliyaya qaçan "Tosuncuk" ləqəbli Mehmet Aydının ölkəyə gətiriləcəyi barədə məlumat yayıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə DİN-in sözçüsü İsmail Çataqlı aylıq hesabat iclasında çıxış edərkən bildirib.

Nazirliyin sözçüsü Mehmet Aydının Türkiyə vaxtı ilə təxminən 22:30-da isə İstanbul hava limanına eniş edəcəyini qeyd edib.

Xatırladaq ki, "Tosuncuk" ləqəbli Mehmet Aydın 2016-cı ilin avqust ayında qurduğu "Çiftlikbank" adlı internet oyunu vasitəsilə 2018-ci ilin mart ayında 132 222 nəfər müştərisindən 1 mlrd. 139 milyon türk lirəsini (indiki məzənnə ilə 223 milyon manat) mənimsəyərək Uruqvaya qaçmışdı. O, Türkiyənin təhlükəsizlik qüvvələri və "İnterpol" tərəfindən qırmızı bülletenlə axtarışda idi.

Son xəbərlər

Orphus sistemi