Tokayev yanvarın 11-də yeni baş nazirin namizədliyini təqdim edəcək

Tokayev yanvarın 11-də yeni baş nazirin namizədliyini təqdim edəcək Qazaxıstan Prezidenti Tokayev yanvarın 11-də ölkənin yeni baş nazirinin namizədliyini təqdim edəcək.
Region
7 Yanvar , 2022 21:23
Tokayev yanvarın 11-də yeni baş nazirin namizədliyini təqdim edəcək

Qazaxıstan Prezidenti Tokayev yanvarın 11-də ölkənin yeni baş nazirinin namizədliyini təqdim edəcək.

"Report" bu barədə "Sputnik Qazaxıstan"a istinadən xəbər verir.

Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Daha sonra ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar, sonra etirazlar digər şəhərlərə də yayılıb. Yanvarın 4-ü və 5-də Almatıda təhlükəsizlik qüvvələri ilə toqquşma baş verib, polis gözyaşardıcı qaz və qumbaralardan istifadə edib. Qazaxıstanda internet kəsilib, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb. Yanvarın 19-dək bütün ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Yanvarın 5-də prezident Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib və respublikanın Təhlükəsizlik Şurasına rəhbərlik edib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Tokayevin müraciəti ilə əlaqədar Qazaxıstana sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib.

Son xəbərlər

Orphus sistemi