“Nursultan Nazarbayevin tarixi xidmətlərini unutmaq olmaz”.
“Report” TASSa istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Nur Otan" Partiyasının XXI növbədənkənar qurultayında ölkənin ilk prezidenti Nursultan Nazarbayevin xidmətlərndən danışarkən bildirib.
O, qazaxıstanlıları Nursultan Nazarbayevin tarixi xidmətlərini yaddan çıxarmamağa çağırıb.
Qeyd edək ki, yanvarn 28-də hakim "Nur Otan" Partiyasının videoformatda keçirilən növbədənkənar qurultayında Prezident Kasım-Jomart Tokayev yeni sədr seçilib.