Rusiyanın Tıva Respublikasındakı Qızıl rayonunda ağır yol-nəqliyyat hadisəsində 6 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə respublikanın prokurorluğu məlumat yayıb.
Qeyd olunub ki, olayda daha iki nəfər də yaralanıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin üç nəqliyyat vasitəsinin iştirakı ilə baş verdiyi vurğulanıb.
Faktla bağlı araşdırma aparılır.