Ermənistanda təşkilat rəhbəri xeyriyyəçilik adı altında 30 milyon dramı mənimsəyib

Ermənistanda təşkilat rəhbəri xeyriyyəçilik adı altında 30 milyon dramı mənimsəyib Bakı. 16 fevral. REPORT.AZ/ Ermənistan polisi fırıldaqçılıq yolu ilə təxminən 30 milyon dramın (yerli pul -red) mənimsənilməsi hadisəsini aşkarlayıb.
Region
16 Fevral , 2019 03:53
Ermənistanda təşkilat rəhbəri xeyriyyəçilik adı altında 30 milyon dramı mənimsəyib

Bakı. 16 fevral. REPORT.AZ/ Ermənistan polisi fırıldaqçılıq yolu ilə təxminən 30 milyon dramın (yerli pul -red) mənimsənilməsi hadisəsini aşkarlayıb.

"Report" erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkə polisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, polisə dələduzluq haqqında məlumatlar daxil olub. Məlumat əsasında müəyyənləşdirilib ki, "Zorex apaqa" adlı ictimai təşkilatın rəhbəri xeyriyyəçilik bəhanəsi ilə müxtəlif şəxslərin etibarından sui-istifadə edərək, onların 28 milyon dramını və tikinti materialını, habelə 1,5 milyon dram məbləğində yanacağını fırıldaqçılıq yolu ilə mənimsəyib.

Fakt üzrə cinayət işi başlayıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi