Bakı. 22 avqust. REPORT.AZ/ Türkiyənin “Tekfen Holding” şirkətinin qurucularından biri Feyyaz Berker vəfat edib.
“Report” "Habertürk"ə istinadən xəbər verir ki, o, 1925-ci ildə Mersində anadan olub, hərbi xidmətdən sonra Esenboğa hava limanında əmək fəaliyyətinə başlayıb.
1956-cı ildə sinif yoldaşı Nihat Gökyiğitlə “FN” müşavirlik şirkətini qurublar. Bu şirkət sonradan “Tekfen Holding” şirkəti olub.
Hazırda holdinq Türkiyə, Orta Şərq, Afrikanın şimalı, Qafqaz, Şərqi və Mərkəzi Avropada böyük layihələr həyata keçirir.