Bakı. 23 noyabr. REPORT.AZ/ Bu gün Tehranda Təbii Qaz İxrac edən Ölkələrin forumunun III sammiti başlayıb.
"Report" xəbər verir ki, bu haqda İRNA xəbər yayıb.
Tədbirə İran prezidenti Həsən Ruhani sədrlik edir.
Sammitdə 9 dövlət başçısı - Boliviya, Rusiya, Nigeriya, Venesuela və İraq prezidentləri, Əlcəzairin baş naziri iştirak edir, Türkmənistan prezidenti isə xüsusi qonaq sifəti ilə tədbirə qatılıb. Bundan başqa, bir sıra beynəlxalq təşkilatların nümayəndələri toplantıda iştirak edir.
İştirakçılar təbii qaz bazarında qlobal vəziyyəti və onun perspektivlərini müzakirə edirlər.