Tehranda sərnişin avtobusu aşıb, 2 nəfər ölüb, 22 nəfər yaralanıb

Tehranda sərnişin avtobusu aşıb, 2 nəfər ölüb, 22 nəfər yaralanıb İranın paytaxtı Tehranda sərnişin avtobusunun aşması nəticəsində 2 nəfər ölüb, 22 nəfər yaralanıb.
Region
23 iyun 2023 12:01
Tehranda sərnişin avtobusu aşıb, 2 nəfər ölüb, 22 nəfər yaralanıb

İranın paytaxtı Tehranda sərnişin avtobusunun aşması nəticəsində 2 nəfər ölüb, 22 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində 45 yaşlı kişi və təxminən 35 yaşında qadın ölüb.

Məlumata görə, hadisə iyunun 23-də səhər saatlarında Tehran-Qum avtomobil yolunda baş verib. Yaralılar Tehrandakı xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi