İran paytaxtı Tehranda mebel emalatxanasında baş verən yanğın nəticəsində 5 nəfər ölüb, 4 nəfər yaralanıb.
“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu Tehran Şəhər Polis və nəzarət idarəsinin rəisi Sarvan Məhəmməd Nəzəri bildirib.
Mebel emalatxanasının mühafizəçilərindən biri hadisə yerindən qaçmağa cəhd göstərərkən polis əməkdaşları tərəfndən tutulub.
“Sputnik Afqanistan”ın məlumatına görə, ölənlər Əfqanıstan vətəndaşlarıdır.