Tehranda “Dünya zorakılığa qarşı” mövzusunda beynəlxalq konfrans keçirilib

Tehranda “Dünya zorakılığa qarşı” mövzusunda beynəlxalq konfrans keçirilib İran Prezidenti 18 dekabrın dünyada terrorçuluğa qarşı mübarizə günü kimi qeyd olunmasını təklif edib
Region
9 Dekabr , 2014 22:15
Tehranda “Dünya zorakılığa qarşı” mövzusunda beynəlxalq konfrans keçirilib
Bakı. 9 dekabr. REPORT.AZ/ Tehranda “Dünya zorakılığa qarşı” mövzusunda beynəlxalq konfrans keçirilib.

"Report" AzərTAc-a istinadən xəbər verir ki, konfransin açılışında çıxış edən İran İslam Respublikasının Prezidenti Həsən Ruhani 18 dekabrın hər il dünyada terrorçuluğa qarşı mübarizə günü kimi qeyd olunmasını təklif edib və bu təklifin BMT-yə təqdim ediləcəyini bildirib.

İran Prezidenti son dövrlər dünyanın bir sıra regionlarında terror aktlarının geniş vüsət aldığını nəzərə çatdıraraq bunun dövlətlər üçün çox təhlükəli olduğunu deyib.

Bildirilib ki, İraqda və Suriyada baş verən hadisələrin İslam dini ilə heç bir əlaqəsi yoxdur. Bu terrorçu qruplar İslam dinindən sui-istifadə ilə bəzi qüvvələrin siyasi maraqlarını təmin etmək məqsədi ilə yaradılıb. Onların hərəkətləri və insanlara qarşı törətdikləri cinayətlərə dünya birliyi və başda BMT olmaqla beynəlxalq təşkilatlar göz yummamalıdır.

Həsən Ruhani terrorçuluğu yaradan səbəblərdən danışaraq qeyd edib ki, iqtisadi tənəzzül və yoxsulluğun artması onu doğuran əsas amillərdəndir. Odur ki, dünya birliyi daha çox iqtisadi inkişafa və kasıb ölkələrdə yoxsulluğun aradan qaldırılmasına yardım etməlidir.

Beynəlxalq konfransda Suriyanın, İraqın, Pakistanın, Nikaraquanın xarici işlər nazirləri iştirak ediblər. Dünyanın 40-dan çox ölkəsinin nümayəndələrinin qatıldığı konfransda Azərbaycanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı təmsil edib.

S.Salahlı konfransın bölmə iclasında müzakirələrdə iştirak edib.

Son xəbərlər

Orphus sistemi