İranın paytaxtı Tehranda evə oğurluğa girən şəxslərlə atışmada polis zabiti Əmir Keyvanlu həlak olub.
“Report” xəbər verir ki, məlumatı IRNA yayıb.
Bildirilib ki, Tehranın Sepah meydanında yerləşən evlərdən birinə naməlum şəxslərin soxulduğuna dair polisə məlumat daxil olub. İki polis əməkdaşı motosikletlə hadisə yerinə yollanıb. Asayiş keşikçiləri ilə onlar arasında atışma olub. Polis zabiti atışma nəticəsində öldürülüb.
Faktla bağlı araşdırma aparılır.