Tehranda yanan binanın çökməsi nəticəsində ölənlərin sayı 50-yə çatıb - YENİLƏNİB - 2 - VİDEO

Tehranda yanan binanın çökməsi nəticəsində ölənlərin sayı 50-yə çatıb - YENİLƏNİB - 2 - VİDEO Binanın yaxınlığında yerləşən Türkiyə, Almaniya və Böyük Britaniya səfirlikləri boşaldılıb, əməkdaşlar təxliyə edilib
Region
19 Yanvar , 2017 14:49
Tehranda yanan binanın çökməsi nəticəsində ölənlərin sayı 50-yə çatıb - YENİLƏNİB - 2 - VİDEO

Bakı. 19 yanvar. REPORT.AZ/ Tehranda yanan binanın çökməsi nəticəsində ölənlərin sayı 50-yə çatıb. 

“Report” “PressTV”yə istinadən xəbər verir ki, binanın dağıntıları altında 50-100 nəfərin qaldığı ehtimal olunur.

 İRNA isə yaralıların 200-ə çatması barədə məlumat yayıb. Onlar xəstəxanalara yerləşdirilib.

Ölənlərin sayının artacağı istisna edilmir.

*** 13:43

İranın paytaxtı Tehranda çoxmərtəbəli binada baş verən yanğından sonra binanın çökməsi nəticəsində azı 30 yanğınsöndürən ölüb, 38 nəfər yaralanıb. 

“Report” "Habertürk"ə istinadən xəbər verir ki, bu haqda İranın rəsmi televiziyası məlumat yayıb.

İnformasiyaya əsasən, çökən 17 mərtəbəli bina Tehranda inşa olunan ilk çoxmərtəbəli tiklililərdəndir. Bina 1962-cı ildə yəhudi iş adamı Həbib Elxanianın vəsaiti hesabına tikilib. “Elghanian” plastik fabriki adlanan bina o dövrün ən hündür tiklisi olub. Orada plastik və toxuculuq emalatxanaları fəaliyyət göstərirmiş.

Məlumata görə, təhlükəsizlik baxımından binanın yaxınlığında yerləşən Türkiyə, Almaniya və Böyük Britaniya səfirliklərinin binaları boşaldılıb, əməkdaşlar təxliyə edilib. 

*** 13:24

Tehranda 17 mərtəbəli ticarət mərkəzində baş verən yanğından sonra çökməsi nəticəsində 30-a yaxın yanğınsöndürən xəsarət alıb.

“Report” "Anadolu"ya istinadən xəbər verir ki, yanğından sonra oradakı insanlar təxliyyə edilib.

Məlumata görə, hadisənin başvermə səbəbi hələlik bilinmir.

Hazırda ərazidə xilasetmə işləri aparılır.

Ticarət mərkəzi Türkiyənin İrandakı səfirliyinin binası yaxınlığında yerləşir. 

Son xəbərlər

Orphus sistemi