Tehran və Qumda məktəblilər arasında kütləvi zəhərlənmə olub

Tehran və Qumda məktəblilər arasında kütləvi zəhərlənmə olub İranın Tehran və Qum şəhərlərindəki məktəblərdə şagirdlər arasında kütləvi zəhərlənmə baş verib.
Region
15 Fevral , 2023 15:27
Tehran və Qumda məktəblilər arasında kütləvi zəhərlənmə olub

İranın Tehran və Qum şəhərlərindəki məktəblərdə şagirdlər arasında kütləvi zəhərlənmə baş verib.

“Report” xəbər verir ki, bu barədə “İran İnternational” məlumat yayıb.

Bildirilib ki, İranın təhsil naziri Yusif Nuri yayılan xəbərləri “şayiə” adlandırıb.

İran mətbuatının məlumatına görə, zəhərlənən tələbələrin çoxu xəstəxanaya çatdırılsa da, Yusif Nuri bu tələbələrin söz-söhbətlərdən qaynaqlanan sıxıntıdan əziyyət çəkərək xəstələndiklərini söyləyib.

Bununla belə, xəstəxanalarda dəm qazından zəhərlənən şagirdlərin olduğu vurğulanıb. Məlumata görə, Qum şəhərinin 13 məktəbində 120 şagird zəhərlənərək hospitala yerləşdirilib. Qum Tibb Elmləri Universitetinin rektor müavini Məcid Mühibbi zəhərlənmələrin səbəbi barədə açıqlama verməyib.

O, zəhərlənmənin nədən baş verdiyi barədə heç nə deməsə də, bəzi media orqanları şagirdlərin dəm qazından zəhərləndiklərini yazıb.

Xatırladaq ki, Tehran və Qum şəhərlərində zəhərlənən məktəblilərin və tələblərin ailələri Təhsil Nazirliyi və qurumun yerli idarələrinin binası qarşısında etiraz aksiyaları keçirib.

Son xəbərlər

Orphus sistemi