Təbrizdə kimyəvi müəssisədə partlayış olub, 20 nəfər yaralanıb

Təbrizdə kimyəvi müəssisədə partlayış olub, 20 nəfər yaralanıb İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhərində kimyəvi məhsullar istehsal edən emalatxanada baş verən partlayış nəticəsində 20 nəfər yaralanıb.
Region
6 Sentyabr , 2021 17:25
Təbrizdə kimyəvi müəssisədə partlayış olub, 20 nəfər yaralanıb

İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhərində kimyəvi məhsullar istehsal edən emalatxanada baş verən partlayış nəticəsində 20 nəfər yaralanıb.

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu Şərqi Azərbaycan əyaləti fövqəladə hallar idarəsinin sözçüsü Vahid Şadniya bildirib.

Onun sözlərinə görə, hadisə sentyabrın 6-da kimyəvi məhsullar istehsal edən emalatxanada baş verib.

Partlayışın səbəbi barədə məlumat yayılmayıb.

Son xəbərlər

Orphus sistemi