​Təbrizdə ilk metro stansiyası açılıb

​Təbrizdə ilk metro stansiyası açılıb Açılış mərasimində İranın ali rəhbəri ayətullah Seyid Əli Xamneyinin Şərqi Azərbaycan üzrə təmsilçisi də iştirak edib
Region
28 Avqust , 2015 13:57
​Təbrizdə ilk metro stansiyası açılıb

Bakı. 28 avqust. REPORT.AZ/ Təbrizdə metronun birinci xəttinin açılışı olub.

"Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.

Hələlik xəttin 7 km-lik hissəsi istifadəyə verilib. Açılış mərasimində İranın ali rəhbəri ayətullah Seyid Əli Xamneyinin Şərqi Azərbaycan üzrə təmsilçisi ayətullah Mösün Şəbüstəri, Şərqi Azərbaycanın valisi İsmayıl Cabbarzadə və başqa yerli hökumət nümayəndələri iştirak edib.

Təbrizdə 4 istiqamətdə 60 daynacağı olan 55 km uzunluğunda metro xəttinin çəkilməsi nəzərdə tutlub.

Xatırladaq ki, metro İranın paytaxtı Tehranda 2000-ci ildən, Bakıda isə 1967-ci ildən fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi