Təbriz və Zəncanda yol qəzası olub, iki nəfər ölüb, altı nəfər yaralanıb

Təbriz və Zəncanda yol qəzası olub, iki nəfər ölüb, altı nəfər yaralanıb İranda Güney Azərbaycanın Zəncan şəhərinin 22 Bəhmən trasında iki avtomobilin toqquşması nəticəsində iki nəfər ölüb.
Region
11 Yanvar , 2025 11:55
Təbriz və Zəncanda yol qəzası olub, iki nəfər ölüb, altı nəfər yaralanıb

İranda Güney Azərbaycanın Zəncan şəhərinin "22 Bəhmən" trasında iki avtomobilin toqquşması nəticəsində iki nəfər ölüb.

“Report” xəbər verir ki, məlumatı “Mashreq” yayıb.

Hadisənin səbəbi araşdırılır.

Başqa bir məlumata görə, mərkəzi Təbriz şəhəri olan Şərqi Azərbaycan əyalətində Təbriz-Zəncan avtomobil şosesinin Bostanabad rayonunda bir neçə maşının toqquşması nəticəsində altı nəfər yaralanaraq hospitala yerləşdirilib.

Məlumata görə, zəncirvari qəzaya səbəb havanın dumanlı olması göstərilib.

Son xəbərlər

Orphus sistemi