Tbilisiyə qar yağıb

Tbilisiyə qar yağıb Bu gün səhər saatlarından başlayaraq Gürcüstanın paytaxtı Tbilisiyə qar yağıb.
Region
125
1 Aprel , 2019 12:23
Tbilisiyə qar yağıb
0 : 00
0 : 00

Bu gün səhər saatlarından başlayaraq Gürcüstanın paytaxtı Tbilisiyə qar yağıb.

“Report”un yerli bürosu xəbər verir ki, hazırda şəhərdə dumanlı və yağışlı hava müşahidə olunur.

İntensiv qar ölkə ərazisində bəzi yollarda avtomobillərin hərəkətində maneə yaradıb.

Güclü küləklə müşahidə olunan kəskin hava şəraiti İmereti bölgəsində 17 evin dam örtüyünü uçurub, 15 ağacı aşırıb.

Qonşu ölkədə qeyri-sabit hava şəraiti aprelin 5-dək davam edəcək.

Sabahdan etibarən isə ölkə ərazisində güclü qərb küləyi əsəcək. Havanın temperaturu aprelin 3-dən etibarən +12,+17 dərəcəyə qədər yüksələcək. 

Son xəbərlər

Orphus sistemi