Tbilisinin "Lilo Mall" bazarındakı yanğın lokallaşdırılıb - YENİLƏNİB

Tbilisinin "Lilo Mall" bazarındakı yanğın lokallaşdırılıb - YENİLƏNİB Tbilisinin "Lilo Mall" bazarında güclü yanğın başlayıb.
Region
28 Yanvar , 2025 17:32
Tbilisinin Lilo Mall bazarındakı yanğın lokallaşdırılıb - YENİLƏNİB

“Lilo Mall” ticarət mərkəzindəki yanğın lokallaşdırılıb və hazırda yayılma təhlükəsi yoxdur.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəhbəri Temur Mqebrişvili bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində heç kim xəsarət almayıb.

“Yanğının ilk mərhələsində ekipajlar dörd dəqiqə ərzində hadisə yerinə çatdı ki, bu da alovun daha geniş əraziyə yayılmasının qarşısını aldı. Xoşbəxtlikdən xəsarət alan yoxdur. Yanğınsöndürmə işləri davam edir. Yanğın zamanı məişət əşyaları, paltar və plastik materiallar yanıb. Səbəblər barədə hələlik məlumat vermək mümkün deyil”, - deyə Mqebrişvili bildirib.

Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin məlumatına görə, yanğın 5 min kvadratmetr ərazini əhatə edib.

15:34

Gürcüstanın paytaxtı Tbilisinin "Lilo Mall" bazarında güclü yanğın başlayıb.

“Report”un yerli bürosunun məlumatına görə, yanğın hazırda sürətlə yayılmağa davam edir.

Hadisə yerinə yanğınsöndürmə və xilasetmə briqadaları səfərbər olunub.

Yanğının səbəbi və digər təfərrüatlar hələlik məlum deyil.

Son xəbərlər

Orphus sistemi