Tbilisinin əsas yolkası işıqlandırılıb

Tbilisinin əsas yolkası işıqlandırılıb Gürcüstanın paytaxtı Tbilisidə Yeni ilin əsas şam ağacının işıqlandırılması mərasimi keçirilib.
Region
158
10 Dekabr , 2021 20:30
Tbilisinin əsas yolkası işıqlandırılıb
0 : 00
0 : 00

Gürcüstanın paytaxtı Tbilisidə Yeni ilin əsas şam ağacının işıqlandırılması mərasimi keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, tədbirdə Baş nazir İrakli Qaribaşvili, şəhər meri Kaxa Kaladze və paytaxt sakinləri, qonaqları iştirak ediblər.

Əsas yolka ilə yanaşı, Tbilisinin mərkəzi küçə və prospektlərindəki al-əlvan illuminasiyalar, dünyanın bir sıra şəhərlərinin, eləcə də Bakının rəmzlərindən olan "Alov qüllələri"nin bəzəkli maketləri də işıqlandırılıb.

Şənlik konsert proqramı ilə davam etdirilir.

Qeyd edək ki, ötən il pandemiya səbəbindən Tbilisidə Yeni il öncəsi kütləvi tədbir təşkil olunmayıb.

Son xəbərlər

Orphus sistemi