Tbilisinin azərbaycanlılar yaşayan qəsəbəsində xüsusi əməliyyat keçirilib - YENİLƏNİB

Tbilisinin azərbaycanlılar yaşayan qəsəbəsində xüsusi əməliyyat keçirilib - YENİLƏNİB Məsələ ilə bağlı rəsmi məlumatın açıqlanacağı gözlənilir
Region
27 Aprel , 2021 17:20
Tbilisinin azərbaycanlılar yaşayan qəsəbəsində xüsusi əməliyyat keçirilib - YENİLƏNİB

Tbilisinin Poniçala (Soğanlıq) qəsəbəsində keçirilən xüsusi əməliyyat zamanı 3 nəfər saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Həmin şəxslər külli miqdarda narkotik vasitələrin qanunsuz əldə olunması, saxlanılması və satışında ittiham olunurlar.

İstintaqla müəyən olunub ki, saxlanılan şəxslər cinayət əməllərinə yetkinlik yaşına çatmayan uşağı da cəlb ediblər. Yeniyetmənin maraqlarının müdafiəsi üçün Sosial Xidmətin əməkdaşları cəlb olunub.

Saxlanılan şəxsləri 8 ildən 20 ilədək və yaxud ömürlük həbs gözləyir.

15:10

Gürcüstanın paytaxtı Tbilisi yaxınlığında yerləşən Poniçala (Soğanlıq) qəsəbəsində polis xüsusi əməliyyat keçirir.

“Report”un yerli bürosu xəbər verir ki, külli miqdarda narkotik vasitələrin satışı üzrə şəbəkənin ifşa olunduğu bildirilir.

Yerli mətbuatın yaydığı məlumata əsasən, saxlanılan şəxslər bir ailənin üzvləridir və onların arasında uşaqlar da var.

Məsələ ilə bağlı rəsmi məlumatın açıqlanacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi