Tbilisidən Moskvaya birbaşa reysin təyin olunması məsələsinə aydınlıq gətirilib

Tbilisidən Moskvaya birbaşa reysin təyin olunması məsələsinə aydınlıq gətirilib “Gürcüstan Hava Yolları” aviaşirkəti yanvarın 28-də Tbilisi-Moskva-Tbilisi istiqaməti üzrə aviareys təyin edib.
Region
247
26 Yanvar , 2022 16:05
Tbilisidən Moskvaya birbaşa reysin təyin olunması məsələsinə aydınlıq gətirilib

“Gürcüstan Hava Yolları” aviaşirkəti yanvarın 28-nə təyin etdiyi Tbilisi-Moskva-Tbilisi reysi ilə bağlı açıqlama yayıb.

“Report”un yerli bürosu xəbər verir ki, aviadaşıyıcı Rusiya paytaxtına çarter reysin birdəfəlik icazə əsasında həyata keçiriləcəyini bildirib.

Şirkətin təsisçisi Tamaz Qaiaşvili deyib ki, aviaşirkət bundan öncə də bu cür reyslər yerinə yetirib, belə ki, Rusiya Gürcüstanla birbaşa aviaəlaqəni qadağan edib: “Çarter reyslər adi rejimdə həyata keçirilir. Biz bunu dəfələrlə etmişik. Mən hətta Madaqaskara belə birdəfəlik çarter reys üçün müraciət edə bilərəm”.

“Gürcüstan Hava Yolları”nın Tbilisi-Moskva-Tbilisi reysini yerinə yetirəcəyi ilə bağlı məlumatlar qonşu ölkə mətbuatında və sosial şəbəkələrdə böyük maraq yaradıb. Şirkətin reys barədə feysbuk səhifəsində yerləşdirdiyi məlumat artıq pozulub. 

11:14

“Gürcüstan Hava Yolları” aviaşirkəti yanvarın 28-də Tbilisi-Moskva-Tbilisi istiqaməti üzrə aviareys təyin edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə şirkət feysbuk səhifəsində məlumat yayıb.

Gürcüstan Baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze yerli mətbuata açıqlamasında bildirib ki, ölkələr arasında aviareyslər rəsmi olaraq bərpa edilməyib. O, Tbilisi-Moskva-Tbilisi reysinin təyin olunmasının səbəbini bilmədiyini deyib.

Qeyd edək ki, Rusiya və Gürcüstan arasında birbaşa uçuşlar 2019-cu ilin iyulundan dayandırılıb.

Son xəbərlər

Orphus sistemi