Tbilisidəki Azərbaycan teatrı yeni tamaşa ilə çıxış edib

Tbilisidəki Azərbaycan teatrı yeni tamaşa ilə çıxış edib Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı yeni tamaşa təqdim edib.
Region
296
5 May , 2022 23:16
Tbilisidəki Azərbaycan teatrı yeni tamaşa ilə çıxış edib

Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı yeni tamaşa təqdim edib.

“Report”un yerli bürosu xəbər verir ki, görkəmli rus yazıçısı Mixail Bulqakovun “Morfi” əsərinin motivləri əsasında hazırlanmış səhnə əsərinin premyerası A.S.Qriboyedov adına Rus Dram Teatrının kiçik səhnəsində baş tutub.

Quruluşçu rejissoru və musiqi tərtibaçısı teatrın bədii rəhbəri Turqay Vəlizadə olan tamaşada rolları gənc aktyorlar - Telman İsfahanlı, Fuad İsfahanlı, Nərmin HəsənovaMədinə Həsənova ifa ediblər.

Tamaşa morfi narkotik maddəsinin aludəçisinə çevrilmiş gənc həkim Sergey Polyakovun iztirablarından bəhs edir. O, asılılıqdan yaxa qurtarmağa çalışır, bunun üçün hətta həmkarından kömək istəyir, psixiatrik xəstəxanada da müalicə alır. Lakin zəif iradəsi səbəbindən asılılığı güclənir, nəticədə vəziyyəti daha da gərginləşir və hallyusinasiyalar görməyə başlayır.

Səhnə əsərinə tamaşa edənlər arasında Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, Tbilisidəki Yunus Əmrə İnstitutunun nümayəndələri, azərbaycanlı ziyalılar, iş adamları və gənclər olub.

Tamaşa seyrçilərin marağına səbəb olub və alqışlarla qarşılanıb.

Son xəbərlər

Orphus sistemi